Bazar ertəsi , Noyabr 18 2019
Ana səhifə / Kriminal / Müəllim işlədiyi məktəbin direktorunu döyüb, xəstəxanalıq etdi – Ağsu rayonunda olay

Müəllim işlədiyi məktəbin direktorunu döyüb, xəstəxanalıq etdi – Ağsu rayonunda olay

Ağsu rayonunda müəllim işlədiyi məktəbin direktorunu döyüb.
Report xəbər verir ki, hadisə rayonun Ləngəbiz kəndində baş verib.
Belə ki, Ağsu rayon Ləngəbiz kənd orta məktəbinin direktoru, Şamaxı rayonunun Çöl Bağırlı kənd sakini, 1985-ci il təvəllüdlü Müşfiq Əlseyran oğlu Mirzəyevlə məktəbin müəllimi arasında mübahisə yaranıb. Mübahisə zəmnində müəllim məktəbin direktorunu döyüb.
O, müxtəlif bədən xəsarətləri ilə ağır vəziyyətdə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Cərrahiyə şöbəsinə yerləşdirilən direktorun vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.

 

Həmçinin oxuyun

Rəisin qardaşı Xəzərdə faciəvi şəkildə həlak oldu – Meyiti axtarılır

Xəzər dənizində neftçi itkin düşüb. “Qafqazinfo”nun verdiyi xəbərə görə, Neftçilərin Hüquqlarının Müdafiə İctimai Birliyinin sədri …