Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Kriminal / MTN polkovnikinin həbs müddəti uzadıldı

MTN polkovnikinin həbs müddəti uzadıldı

Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı olmuş polkovnik-leytenant Zaur Camalxanov barəsində istintaqın təqdimatına baxılıb.
Qafqazinfo-nun verdiyi xəbərə görə, Z. Camalxanov bu ilin may ayında Baş Prokurorluq tərəfindən saxlanılıb. O, külli miqdarda pulu mənimsəməkdə ittiham olunur.
May ayında barəsində 4 aylıq həbs qərarı çıxarılan Camalxanovun həbsdə qalma müddəti bitdiyi üçün istintaq bu müddətin uzadılması barədə məhkəməyə təqdimat verib.
Hakim Rafiq Abbasovun qərarı ilə Baş Prokurorluğun İstintaq İdarəsinin təqdimatı təmin edilib, Zaur Camalxanovun daha 4 ay həbsdə qalmasına qərar verilib.

Həmçinin oxuyun

Çingizi arvadı ifşa edibmiş – Mərhum nazirin oğlu da dindirilib

Xəbər verdiyimiz kimi, Bakı Şəhər Halqası Əməliyyat şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyev …