Çərşənbə axşamı , Noyabr 20 2018
Ana səhifə / Kriminal / MTN-nin “Maqa” ləqəbli zabiti AZADLIQDA

MTN-nin “Maqa” ləqəbli zabiti AZADLIQDA

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) xuliqanlıqda təqsirləndirilən zabiti azadlığa buraxılıb.
Bu barədə trend-ə təqsirləndirilən şəxsin vəkili Adəm Məmmədov məlumat verib.
A.Məmmədovun sözlərinə görə, təqsirləndirilən şəxs Yasamal rayon Məhkəməsinin qərarı ilə bəraət alıb.
Hakim Azər Tağıyevin sədrliyi ilə məhkəmə qərarı elan olunub.
Məhkəmə təqsirləndirilən şəxsin günahsız olduğunu üzə çıxarıb və onun azadlığa buraxılması barədə qərar qəbul edib.
Bundan başqa, məhkəmə işi araşdıran müstəntiq Ceyhun Mahmudovun əməlində qanunsuzluğa yol verildiyi qənaətinə gəlib və onun barəsində xüsusi qərardad qəbul edib.
Xatırladaq ki, ləğv edilmiş MTN-in baş əməliyyat müvəkkili, kapitan, “Maqa” ləqəbli Məmmədov Məhəmməd Mehman oğlu Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsilə təqsirləndirilərək həbs edilmişdi.(Unikal.org)
VIPedu.BIZ

Həmçinin oxuyun

Azərbaycanda müəllim və şagirdlər arasında kütləvi zəhərlənmə olub

“Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Şəkiyə səfər edən məktəblilər zəhərlənib. “Report”un Şəki-Zaqatala bürosunun məlumatına görə, “Ölkəmizi …