Şənbə , Aprel 20 2024
Ana səhifə / Kriminal / “MTN işi”ndə adı çəkilən qadınla bağlı qərar qismən ləğv edildi

“MTN işi”ndə adı çəkilən qadınla bağlı qərar qismən ləğv edildi

Ali Məhkəmədə xaricdə təhsil alan tələbələrin Bakı Dövlət Universitetinə (BDU) qəbul olunmasına köməklik etmək adı ilə dələduzluqda ittiham olunan universitetin hüquqşünası Tamella Çələbiyeva və onunla birgə ittiham olunan Beynəlxalq münasibətlər fakültəsinin metodisti Ulduza Səfərzadə barələrindəki hökmdən verilən kassasiya şikayətinə baxılıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakimi Nazim Mövsümovun sədliyi ilə keçirilən prosesdə qərar elan olunub .

Qərara əsasən, ikinci instansiya məhkəməsinin qərarı qismən ləğv edilib, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilib.

Qeyd: Baş Prokuror yanında Korrupsiya qarşı Mübarizə Baş İdarəsi tərəfindən vətəndaşların Bakı Dövlət Universitetinə qəbul edilməsi müqabilində külli miqdarda pul alınması ilə bağlı Gəncə Aqrar Universitetinin Biologiya kafedrasının müdiri işləmiş Zaur Hümbətov, Bakı Dövlət Universitetinin hüquqşünası və müəllimi Tamella Çələbiyeva, BDU-nun olunan Beynəlxalq münasibətlər fakültəsinin metodisti Ulduza Səfərzadə təqsirləndirilən şəxs qismində istintaqa cəlb ediliblər.

Lakin istintaq müddətinə Zaur Hümbətov vəfat edib və onun barəsində cinayət işinə xitam verilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Tamella Çələbiyeva və Ulduzə Səfərzadə cərimə cəzasına məhkum ediliblər. Hökmdən narazı qalan şəxslər apellyasiya şikayəti veriblər. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, Tamella Çələbiyeva və Ulduza Səfərzadənin barəsində ittiham öz təsdiqini tapmadığı üçün Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ləğv edilib və hər iki şəxs barəsində bəraət hökmü çıxarılıb.

Xatırlatma: Tamella Çələbiyeva ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyinin idarə rəisi, general Natavan Mirvətovanın cinayət işi üzrə zərərçəkmiş şəxs olub. MTN tərəfindən onun telefonları qanunsuz dinlənilib.

Həmçinin oxuyun

Vardanyan Bakı həbsxanasında aclıq aksiyasına başladı

Bakıda həbsdə olan qondarma Dağlıq Qarabağ Respublikasının “dövlət naziri” olmuş Ruben Vardanyan aclıq aksiyası keçirir.Bu …