Bazar ertəsi , Aprel 19 2021
Ana səhifə / Kriminal / “MTN işi”ndə zərərçəkmiş kimi tanınan qadın dələduzluqda ittiham edilir

“MTN işi”ndə zərərçəkmiş kimi tanınan qadın dələduzluqda ittiham edilir

Külli miqdarda dələduzluqda təqsirləndirilən Ulduzə Səfərzadənin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

“Report” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilən iş hakim hakim Mirzə Xankişiyevin icraatındadır.

İki nəfərə qarşı dələduzluqda təqsirləndirilən U.Səfərzadəyə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham verilib.

Qeyd edək ki, U.Səfərzadə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq idarə rəisləri – general-mayor Sübahir Qurbanov, general-mayor Teymur Quliyev və general-mayor Natavan Mürvətovanın barəsində olan cinayət işində zərərçəkmiş şəxs qismində tanınıb.

Həmçinin oxuyun

Bakıda dayə evdən oğurluq etdi- Cinayəti törədənin 12 yaşlı öz qızı olduğunu dedi

Bakıda dayə işlədiyi evdən oğurluq etməkdə ittiham olunur. İşin ilginc tərəfi budur ki, qadın oğurluğu …