Bazar ertəsi , Sentyabr 16 2019
Ana səhifə / Kriminal / MTN işində zərərçəkən şəxs indi özü hakim qarşısında – qaçaqmalçılıq və dələduzluq

MTN işində zərərçəkən şəxs indi özü hakim qarşısında – qaçaqmalçılıq və dələduzluq

Dələduzluqda təqsirləndirilən Qazaxıstan vətəndaşı hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Rinat Qabitovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Onunla birlikdə İlkin Əliyev və Malik Heydərov da mühakimə edilir. Onlar isə qaçaqmalçılıqda təqsirləndirilirlər.

Bu gün baş tutan məhkəmədə hazırlıq iclası davam etdirilib.

Hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə R.Qabitovun vəkili Kamandar Nəsibov vəsatətlə çıxış edib.

Vəkil bildirib ki, müdafiə etdiyi şəxs Azərbaycan dilini bilmir. Amma cinayət işi materiallarında onun dindirilməsində tərcüməçinin iştirak etməsibu göstərən heç bir sənəd yoxdur.

Bu məsələnin yaxınlaşdırılması üçün vəkil məhkəmənin təxirə salınmasını istəyib. Vəsatət təmin edilib.

Qeyd edək ki, bir neçə il əvvəl Amil Yusifov Bakı Şəhər Baş Polis İdarəsinə şikayət edərək bildirib ki, Qazaxıstan vətəndaşı olan R.Qabitov onu siqaret biznesi qurmaq adı ilə aldadaraq 525 min ABŞ dollarını alıb. Daha sonra R.Qabitov saxlanılıb.

İstintaq dövründə Qazaxıstan vətəndaşı ilə yanaşı İ.Əliyevlə M.Heydərovun da cinayət törətdiyi məlum olub və hər iki şəxs saxlanılıb.

Qeyd edək ki, A.Yusifov daha əvvəl ləğv edilmiş MTN-nin keçmiş idarə rəisi, general Sübahir Qurbanov və digərlərinin cinayət işində zərərçəkmiş qismində tanınıb. MTN əməkdaşları onu ölkəyə qaçaqmalçılıq yolu ilə siqaret gətirməkdə şübhəli bilib saxlayıblar. Daha sonbra ondan pul alaraq buraxıblar.

Həmçinin oxuyun

Bakıda YPX maşını ağır qəzaya düşdü – Polislər xəsarət aldı (VİDEO)

Ötən gün Bakının Binəqədi rayonunda yol polisi avtomobili qəzaya uğrayıb. Azinforum.az BAKU.WS-ə istinadən xəbər verir ki, …