Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Kriminal / MTN-in tutduğu məktəb direktoru həbsdə öldü

MTN-in tutduğu məktəb direktoru həbsdə öldü

Azərbaycanda daha bir məhkum xəstəlikdən ölüb.
Azinforum.az-ın APA-ya istinadən məlumatına görə, hadisə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Müalicə Müəssisəsində qeydə alınıb. Orada saxlanılan, Böyükxan Nağıyev xəstəlikdən ölüb.
B. Nağıyev ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin 2013-cü ildə keçirdiyi əməliyyat nəticəsində həbs olunub. Cəlilabadda uzun müddət məktəb direktoru və ədəbiyyat müəllimi işləyən B. Nağıyev İrandan qanunsuz yolla Azərbaycana keçirilən külli miqdarda narkotik vasitəni Zaqatala rayonu ərazisində satarkən tutulub.
O, 12 il müddətinə azadlıqdan məhrum edilib.

Həmçinin oxuyun

Həbsdəki başçı yarım milyonluq zərərin bir hissəni ödədi, amma…

Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Natiq Əliyevin sədrliyi ilə Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədovun …