Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Kriminal / MTN generalının məhkəməsinə jurnalistlər buraxılmadı

MTN generalının məhkəməsinə jurnalistlər buraxılmadı

Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və Antiterror Mərkəzinin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.
APA-nın məlumatına görə, hakim Elbəyi Allahverdiyevin sədrliyi ilə keçirilən prosesə jurnalistlər buraxılmayıb. Bununla bağlı hər hansı səbəb göstərilməyib.
Hazırda iclas davam edir.

Həmçinin oxuyun

Özünü ölmüş kimi təqdim edən MTK direktoruna hökm oxundu

Dələduzluqda təqsirləndirilən MTK direktoru Rafət Qəniyevə hökm oxunub. Bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin …

Bir cavab yazın