Çərşənbə , Aprel 14 2021
Ana səhifə / Kriminal / Mövlam Şıxəliyevin oğlu atasının həbsindən danışdı

Mövlam Şıxəliyevin oğlu atasının həbsindən danışdı

Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinin sabiq rəisi general Mövlam Şıxəliyevin həbsi barədə xəbər yayılıb.

“Gununsesi.info”nun əməkdaşı generalın oğlu Elgün Şıxəliyevlə əlaqə saxlayıb.

Atasının həbsini təsdiq edən Elgün Şıxəliyev bildirib ki, həbsin səbəbləri ona da bəlli deyil: “Mən evdəyəm. Niyə həbs olunduğunu bilmirəm“.

Qeyd edək ki, Mövlam Şıxəliyev sabiq MTN şefi Eldar Mahmudovun əsas adamlarından biridir. Bir sıra cinayətlərdə əsas adamlardan biri olsa da, bu günə qədər azadlıqda qala bilmişdi.

Həmçinin oxuyun

Azərbaycanlı müğənni boşanmaq istədiyi əri tərəfindən öldürüldü – VİDEO

Azərbaycanda gənc müğənni boşanmaq istədiyi üçün həyat yoldaşı tərəfindən qətlə yetirilib. Unikal.org xəbər verir ki, bu …