Şənbə , Oktyabr 1 2022
Ana səhifə / Kriminal / Mövlam Şıxəliyevə 12 il cəza verildi

Mövlam Şıxəliyevə 12 il cəza verildi

Milli Təhlükəsizliyi Nazirliyi(2015-ci ildə ləğv olunub) Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyev, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun cinayət işi üzrə hökm elan edilib.

Bakı Hərbi Məhkəməsinn hakimi Elbəy Allahverdiyevin sədrlik etdiyi kollegiya tərəfindən təqsirləndirilən şəxslərə cəza verilib.

Mövlam Şıxəliyev 12 il, Yasin Məmmədova 10 il 6 ay, Vüsal Ələkbərova 12 il 6 ay və Sahib Ələkbərova 8 il cəza verilib.

Zamində alan Yasin Məmmədov, Sahib Ələkbərov və Vüsal Ələkbərov əun barəsində həbs qətimkan tədbiri seçilib. Onlar məhkəmə zalından həbs edilib.

Zərərçəkənlərdən bir neçəsinin vəkili Osman Kazımov hökmdən apelyasiya şikayəti verəcəklərini deyib.
Mövlam Şıxəliyevin vəkili Arzu Cavadov da hökmün qanunsuz olduğunu bildirib, apellyasiya instansiyası müraciət edəcəklərini açıqlayıb.

Musavat.com

Həmçinin oxuyun

General oğlunun və infeksionistin evindən oğurluq edənlərin cəzası azaldıldı

Bakıda evlərdən 2 milyon manatlıq oğurluq etməkdə ittiham olunan Cavid Süleymanov və Əhməd Əhmədov barəsindəki …