Şənbə , Aprel 20 2024
Ana səhifə / Kriminal / Moskvanın mərkəzində general döyüldü – Video

Moskvanın mərkəzində general döyüldü – Video

Moskvada “Maloy Nikitski” küçəsində sənaye nazirinin keçmiş müavini, ehtiyatda olan general-polkovnik Aleksandr Brindikov yol münaqişəsi səbəbindən iki kişi tərəfindən döyülüb.

“Qafqazinfo”nun “TASS” agentliyinə istinadən xəbərinə görə, avtomobilini binalardan birinin qarşısında saxlamaq istəyən generalın yoluna başqa bir avtomobil çıxıb. Brindikov siqnal verərək ona yol verilməsini istəyib. Lakin onun bu istəyi digər sürücünün xoşuna gəlməyib və o, yanındakı kişi ilə maşından düşərək generalı döyüb. 

Eks-nazir müavini xəstəxanaya yerləşdirilib, onun vəziyyəti barədə məlumat verilmir. 

Hücum edən şəxslərdən birinin Ukrayna vətəndaşı olduğu bildirilir. Ikinci kişi haqda informasiya yoxdur.

Faktla bağlı araşdırma aparılır.

Aleksandr Brindikov

Həmçinin oxuyun

İrandan gətirilən 6 kiloqram narkotik maddə Bakı gömrüyündən necə keçirilib?-Video

Jurnalist Samir Feyruzov öz sosial şəbəkə hesabında ölkədə fəaliyyət göstərən bəzi karqo şirkətlərinin artıq narkotrafiklə …