Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Kriminal / Moskvada azərbaycanlılarla ermənilər arasında kütləvi dava – 18 nəfər tutuldu + FOTO

Moskvada azərbaycanlılarla ermənilər arasında kütləvi dava – 18 nəfər tutuldu + FOTO

Moskvanın Biryulevo rayonunda yol münaqişəsi 18 nəfərin tutulması, 3 nəfərin xəstəxanaya düşməsi ilə nəticələnib.
Azinforum.az Virtualaz.org-a istinadən xəbər verir ki, hadisə ötən gün axşam saatlarında “VAZ” və “Mercedes” markalı iki avtomobillərin bir-birinin yoluna çıxması nəticəsində yaranıb. Maşınlar toqquşmadan son anda yayınıb, amma sürücülər dərhal maşından çıxaraq münasibətləri ayırd etməyə başlayıblar.
Münaqişə çox sürətlə, tərəflərin bir-iki söyüş işlətməsindən sonra əlbəyaxa davaya çevrilib. Sürücülərdən biri travmatik tapançanı işə salıb, o biri yük yerindən çəkic çıxarıb. Sürücülərin davasına sərnişinlər də qarışıblar. Bu vaxt sürücülərdən birinin yaxınlıqdakı ofisdə işləyən dostları davanı görüblər və onlar da münaqişəyə qarışıblar. Dava kütləvi xarakter alıb, tapança və çəkicdən başqa beysbol dəyənəkləri, bıçaqlar və digər kəsici-deşici, küt alətlər işə düşüb.
Davanın sonunda üç nəfər ağır xəsarətlərlə xəstəxanaya aparılıb, onlarda kəllə-beyin travmaları, güllə və bıçaq yaraları aşkar edilib. Polisin məlumatına görə davanın 18 iştirakçısı saxlanılıb. Saxlanılanlardan 8-i Azərbaycan, 7-i Ermənistan, 1-i Gürcüstan vətəndaşlarıdır, ikisi isə Çeçenistan sakinidir. Davanı birinci kimin başladığı araşdırılır.

Həmçinin oxuyun

145 milyon manatlıq yeyintidə Vasif Talıbovun oğlunun adı hallanır

Hər biri 140 milyon civarında mənimsəmədə ittiham olunan iki məmurun – Naxçıvan Muxtar Respublikasının keçmiş …