Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Kriminal / Moskvada azərbaycanlı güllələnərək qətlə yetirilib

Moskvada azərbaycanlı güllələnərək qətlə yetirilib

Moskvada Azərbaycan əsilli şəxs avtomobildən açılan atəş nəticəsində həyatını itirib.

“Report” xəbər verir ki, hazırda polis hadisə yerindən uzaqlaşan maşını və onun içərisində olan şəxsləri axtarır.

Əldə edilən məlumatlara görə, Səmərqənd bulvarı küçəsi, məhəllə 1, ev 6 ünvanında naməlum şəxslər “BMW X6” markalı avtomobildən odlu silahla bir kişini güllələyiblər. Hadisə fevralın 15-i gecə saatlarında baş verib. Odlu silahla vurulan şəxs – təqribən 45 yaşlı azərbaycanlı həyatını itirib.

Hazırda hüquq-mühafizə orqanları qatillərin hadisə yerindən uzaqlaşdığı avtomobili axtarır, həmçinin bu insidenlə fevralın 14-də Moskvanın Peçatniki rayonunda Çeçen və Azərbaycan əsilli şəxslər arasında baş vermiş atışma ilə müşayiət olunan kütləvi dava arasında hər hansı bir əlaqənin olub-olmadığı araşdırırlar.

Həmçinin oxuyun

Məktəb direktoru 300 min manat mənimsədi

Bakıda məktəb direktoru vəzifəsində çalışmış 1966-ci il təvəllüdlü​ Samirə Əkbərova barəsindəki cinayət işi üzrə məhkəmə yekunlaşıb. Bakı …