Azinforum.az Report-a istinadən xəbər verir ki, unlar Azərbaycan vətəndaşlarıdırlar.

“Hazırda iki şübhəli saxlanılıb, onların hər ikisi Azərbaycan vətəndaşıdır. Dəstənin digər üzvləri axtarılır”, – deyə həmsöhbət əlavə edib.

Martın 15-i axşam naməlum şəxslər Moskvanın Leninqrad prospektində yerləşən zərgərlik mağazasını qarət ediblər. Onlar mağaza işçilərini təhdid edərək vitrinləri qırıblar və 50 milyon rubl dəyərində (882 min 431 ABŞ dolları) qızıl-zinət əşyaları götürərək oradan uzaqlaşıblar.

Faktla bağlı quldurluq maddəsi üzrə cinayət işi qaldırılıb.