Şənbə , Aprel 20 2024
Ana səhifə / Kriminal / Möhtəşəm 100 gün lotereyasının qalibləri məlum oldu – FOTO

Möhtəşəm 100 gün lotereyasının qalibləri məlum oldu – FOTO

01.10.2016-08.01.2017-ci il tarixlarini əhatə edən “Araz” və “Spar” Supermarketlər Şəbəkəsinin öz müştəriləri üçün təşkil etdiyi “Möhtəşəm 100 gün” adlı stimullaşdırıcı lotereyanın qalibləri 14 yanvar 2017-ci il tarixində məlum olub. Paytaxtın Alov qüllələr kompleksində, “Fairmont” hotelində möhtəşəm final mərhələsi keçirilib. Lotareya canlı şəkildə Araz Supermarketlər Şəbəkəsinin rəsmi youtube kanalında və facebook səhifəsində yayımlanıb.
Uduş fonduna görə öz sektorunda bir ilkə imza atan Araz və SPAR Supermarketlər Şəbəkəsi bu dəfəki lotareyaya 305 hədiyyə daxil etmişdi. Lotereyada “Kristal Abşeron”dan 1 ədəd 2 otaqlı tam təmirli mənzil, 3 ədəd KİA Rio, 1 ədəd KİA Sorento avtomobili, Türk Hava Yollarından 10 ədəd Bakı-İstanbul-Bakı aviabileti, Dost Tech mağazalar şəbəkəsindən 290 ədəd irili və xırdalı məişət texnikası – 10 ədəd soyuducu, 20 ədəd paltaryuyan maşın, 20 ədəd televizor, 20 ədəd noutbuk, 30 ədəd planşet, 60 ədəd tozsoran, 60 ədəd ətçəkən maşın, 70 ədəd şirəçəkən maşın – şanslı müştərilər tərəfindən qazanıldı.

 

m1
Yüzlərlə müştəri lotareyanın gedişatını izləmək və qalib olmaq arzusu ilə “Fairmont” otelinə toplaşmışdı. Lotereya kampaniyasının siması, sevilən aktyor Fərda Xudaverdiyevin aparıcısı olduğu tədbirdə tanınmış müğənnilər də çıxış edirdi.
Uduşlu tirajda Dadaşov Eldar İsmət oğlu “Kristal Abşeron”-dan 2 otaqlı tam təmirli mənzil, Ələkbərova Fəridə Fərid qızı KİA Motors-dan KİA Sorento, Əlizadə Afaq Zaman qızı, Axundov Mehman Firudin oğlu, Əhmədova Sevər Əhməd qızı KİA Motors-dan KİA Rio qazandı.
Canlı yayımda böyük hədiyyələri qazanan müştərilərlə əlaqə saxlanılaraq onlara “Araz” və “Spar” supermarketlərinin stimullaşdırıcı lotereyasının qalibləri olduqları xəbəri verilib. Telefonda qalib olmaları xəbərini eşidən müştərilərin sevinclərinin həddi-hüdudu olmayıb.
Qeyd edək ki, lotereya oyununun şəffaf keçirilməsinin təmin edilməsi məqsədilə “Araz” Supermarketlərində yerləşdirilən lotereya qutuları möhürlü şəkildə xüsusi çəkiliş qurupu və komissiyanın müşayəti ilə “Fairmont” otelinə gətirilmiş və lototrona boşaldılmışdı. “Möhtəşəm 100 gün” lotereyasının şərtlərinə görə “Araz” və “Spar” Supermarketlər şəbəkəsindən 01.10.2016 – 08.01.2017-ci il tarixlərində hər 20 manatlıq alış-veriş edən bonuskartlı müştəri bir ədəd kupon-lorereya qazanırdı.

 

m3
Lotareya oyununda qalib olan müştərilər öz hədiyyələrini 23 yanvar tarixindən etibarən alış-veriş etdikləri Araz və SPAR supermarketlər şəbəkəsinin filialından 90 gün ərzində götürə bilərlər.
Lotareya çəkilişində qalib olan müştərilərin siyahısı www.arazmarket.az saytında və “Araz” və “Spar” Supermarketlər Şəbəkəsinin rəsmi facebook səhifəsində yayımlanıb.

m5

m2

m6

 

Azinforum.az

 

Həmçinin oxuyun

Talassemiyalı uşaqlar üçün toplanmış pulları ələ keçirənlərin məhkəməsi: “İşi ürək ağrısı ilə oxumuşuq”

Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış pulları ələ keçirməkdə ittiham olunan “Urmedhelp” və “My Doc …

Bir cavab yazın