Çərşənbə , Oktyabr 28 2020
Ana səhifə / Kriminal / “Möhtəşəm 100 gün” lotereyası necə keçiriləcək?

“Möhtəşəm 100 gün” lotereyası necə keçiriləcək?

“Araz” marketin marketinq şöbəsinin rəhbəri Anar Putayev: “Münsiflər heyəti tam neytral şəxslər olduğu üçün lotereya obyektiv şəkildə keçiriləcək”

“Möhtəşəm 100 gün” lotereyası keçirilməzdən öncə “Araz” marketlər şəbəkəsi Qiymətli Kağızlar üzrə Dövlət Komitəsindən lisenziya alıb”

“Araz” və SPAR marketlər şəbəkəsi müştərilərini məmnun etmək üçün “Möhtəşəm 100 gün” lotereyasını keçirir. “Möhtəşəm 100 gün” lotereyası 17 mart-24 iyun tarixlərini əhatə edir. Bu müddət ərzində “Araz” marketlər şəbəkəsinin bonus kartı ilə edilən hər 20 manatlıq alış-verişə müştəriyə lotereya bileti verilir. Lotereya biletində möhtəşəm hədiyyələr mövcuddur.
Həmin hədiyyələr elə lotereya biletinin üzərində göstərilir. Məsələn, “Kristal Abşeron”dan 2 otaqlı tam təmirli mənzil, 3 ədət “Toyoto” avtomobili və 100-dən çox müxtəlif çeşiddə hədiyyə göstərilir.
Qeyd edək ki, “Möhtəşəm 100 gün” lotereyasını bitməsinə sayılı günlər qalıb.
Lotereyanın necə keçiriləcəyini, obyektivliyə nə dərəcədə riayət ediləcəyini öyrənmək məqsədilə “Araz” supermarketlər şəbəkəsinə müraciət etdik. Marketin marketinq şöbəsinin direktoru Anar Putayev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, 24 iyun tarixi “Möhtəşəm 100 gün” lotereyasının son günüdür: “Uduşların oynanılması 30 iyun tarixində “Fairmont” otelində keçiriləcək. Oyunun “Fairmont” otelində keçirilməsi barədə öncədən müştərilərimizə məlumat vermişik”.
A.Putayevin sözlərinə görə, “Möhtəşəm 100 gün” lotereyası keçirilməzdən öncə “Araz” marketlər şəbəkəsi Qiymətli Kağızlar üzrə Dövlət Komitəsindən lisenziya alıb: “Lotereya oyununun münsiflər heyətində Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətininin nümayəndələri və KİV təmsilçiləri olacaq. Münsiflər heyəti tam neytral şəxslər olduğu üçün lotereya obyektiv şəkildə keçiriləcək”.
Həmsöhbətimiz bildirdi ki, lotereyada qiymətli hədiyyələr olacaq. O hədiyyələrdən mənzil və avtomobili göstərmək olar: “Lotereya oyununun şəffaf keçiriləcəyinə müştərilər əmin ola bilər. “Araz” marketlərində yerləşdirilən lotereya qutularının ağzı blomlanaraq qeydə alınır. Həmin qutular xüsusi çəkiliş qutuları ilə yığılıb 30 iyun tarixində “Fairmont” oteldə komissiya üzvlərinin iştirakı ilə lotodrama boşaldılacaq: “Lotodromu fırlatmaq üçün “Azərlotereya”dan xüsusi hostest qızları dəvət etmişik. Qızlar barabanı qarışdırıb içindən kuponu çıxardacaq”.
A.Putayevin dediyinə görə, lotereya oyununda iştirak etmək istəyənlər ayın 24-nə qədər marketdən 20 manat dəyərində alış-veriş edib kupon ala bilər: “İstehlakçı alış-veriş etdiyi gün əldə etdiyi lotereya bileti ilə müştəri xidmətləri stendinə yaxınlaşa bilər. Stendə yaxınlaşan müştəri boş xanaları nümayəndələrin nəzarəti altında doldurmalı, adını, soyadını, atasının adını, telefon nömrəsini, yaşadığı ünvanı, bonus kartın nömrəsini qeyd etməlidir. Bu məlumatları qeyd etdikdən sonra biletin məlumatlar qeyd olunan hissəsini kəsərək şəffaf qutuya atır, biletin sıra nömrəsi qeyd olunan hissəsini isə özündə saxlayır. Oyun keçiriləndə müştəri qalib olarsa, ona məlumat verilir”.

 

Həmçinin oxuyun

Bakıda bank işçisindən iş yoldaşına qarşı cinayət — Təfərrüat

Bakıda dələduzluq etməkdə ittiham olunan 1978-ci il təvəllüdlü Səbuhi Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi …

Bir cavab yazın