Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin rəisi, general-mayor Nizami Məmmədov həbs olunub.
Belə ki, general-mayor hüquq-mühafizə orqanları tərəfindən keçirilən əməliyyatla saxlanılıb.
Bakı Hərbi Məhkəməsinin qərarı ilə N. Məmmədov barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.
İlkin məlumata görə, Nizami Məmmədov 80 milyon 600 min manat mənimsəməkdə təqsirləndirilir. APA
