Bazar ertəsi , May 27 2024
Ana səhifə / Kriminal / MN-dəki 143 milyonluq mənimsəmə işinə görə daha bir vəzifəli saxlanıldı

MN-dəki 143 milyonluq mənimsəmə işinə görə daha bir vəzifəli saxlanıldı

Müdafiə Nazirliyinin müxtəlif hərbi hissələrində maliyyə xidmətin rəisi vəzifəsində işləmiş Elvin Cəfərovun həbs edildiyi bildirilir.
Bu barədə APA məlumat yayıb.
Bildirilir ki, o, Cinayət Məcəlləsinin 179.4-ci (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham olunur.
Qeyd olunur ki, Elvin Cəfərov 143 milyonluq mənimsəmə üzrə cinayət işində təqsirli bilinib və onun cinayət işi ayrıca icraata götürülüb.
“Onun tərəfindən dövlətə vurulmuş ziyan 2 milyon 200 min manat hesablanıb.
Dövlət Təhlükəsizliyi Xidmətinin müstəntiqinin vəsatəti əsasında Elvin Cəfərov barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı bağlı təqdimata Bakı Hərbi Məhkəməsində baxılıb.
Hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqdimat təmin edilib və Elvin Cəfərovun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib”, – məlumatda deyilir.
Qeyd edək ki, Elvin Cəfərov ötən ilin dekabrında Müdafiə Nazirliyində 143 milyon manatlıq mənimsəmə ilə bağlı məhkəmə prosesində şahid qismində dindirilib.

Həmçinin oxuyun

Fazil Mustafaya qarşı sui-qəsd işi: “Amerikada məhkəmə Prezidenti gətirir, burada məhkəmə bir deputatı gətirə bilmir”

Milli Məclisin deputatı Fazil Mustafaya qarşı sui-qəsdlə əlaqədar həbs olunan 5 nəfərin – Azər Səricanov, …