Şənbə , Yanvar 19 2019
Ana səhifə / Kriminal / Mirşahinin tutdurduğu QHT sədrinin oğlu azad edildi

Mirşahinin tutdurduğu QHT sədrinin oğlu azad edildi

“Real TV”nin rəhbəri Mirşahin Ağayevin sosial şəbəkədə haqqında rəy yazdığı üçün tutdurğu gənc dünən gecə azadlığa buraxılıb.

Mia.az xəbər verir ki, həmin şəxs Sahibsiz Uşaqlara Kömək İctimai Birliyinin sədri Məlahət Abbasovanınoğludur.Ə
QHT sədri bu barədə mətbuata açıqlamasında demişdi ki, Sabunçu Rayon 12-ci Polis Bölməsinin əməkdaşları yanvarın 11-də gecə yaşadığı evdən oğlunu bölməyə aparıblar: “Gecə polislər Sabunçu qəsəbəsi, Dilqəm Kişvəri küçəsi, döngə 4, ev 2 A ünvanında olan mənzilimizə gələrək, oğlum 1994-cü il təvəllüdlü Abbasov Məhəmmədəli Şəmsəddin oğlunu bölməyə apardılar. Gecədən bu saatlara kimi oğlumu polisdə saxlayıblar. Cinayət işi açıb-açmadıqları barədə bölmədən bizə məlumat verməyiblər. Səbəb onu göstərirlər ki, oğlum sosial şəbəkədə olan qruplardan birində jurnalist Mirşahin Ağayev haqqında xoşagəlməz söz yazıb…”.
Dünən gecə isə M.Abbasova sosial şəbəkədəki hesabından oğlunun azad edildiyini yazıb: “Şükür Allaha, oğlum gəldi. Allah bütün günahsız yerə həbs olunanların qapısını açsın, amin. Mənə dəstək olan dostlar, həmişə var olun, mun sifətli “dostlar”, siz də bir az ləyaqətli olun”.

VIPedu.BIZ

Həmçinin oxuyun

Ebru Gündeşi Bakıya gətirəcəyini dedi, iş adamlarından 200 min dollar aldı və…

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan “Velizadə prodakşın”ın rəhbəri Tural Vəlizadənin cinayət işi üzrə …