Şənbə , Aprel 20 2024
Ana səhifə / Kriminal / Mirşahinin qardaşının məhkəməsi başladı

Mirşahinin qardaşının məhkəməsi başladı

Bakı Ağır Cinayətlər Məhkəməsində  ANS Şirkətlər Qrupunun vitse-prezidenti Mirşahin Ağayevin qardaşı, dələduzluqda təqsirləndirilən Mirəddin Ağayevin məhkəməsi başlayıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Novruz Kərimovun icraatında olan prosesdə hazırlıq iclası keçirilib.

İclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Cinayət işi məhkəmə baxışına qəbul edilib. M.Ağayev elan edilən ittiham üzrə özünü təqsirli bildiyini deyib və ifadə verərək zərərçəkmişlərə dəyən ziyanı ödəyəcəyini vəd edib.

Zərərçəkmişlər də danışaraq pulun ödənilməsini tələb ediblər.

İttihama görə, M.Ağayev vətəndaş Qəzənfər Qəzənfərovdan 2 min manat alıb qaytarmadığı üçün həbs edilib. İstintaq zamanı müəyyən edilib ki, o, 4 nəfərdən 86 min manat alaraq dələduzluq edib.

Həmçinin oxuyun

Vidadi Zeynalov 43 milyonluq əmlakını geri istəyir

“MTN işi”nə görə həbs edilən, sonradan isə azadlığa buraxılan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq …