Ana səhifə / Kriminal / Mingəçevirdə qiymətdə razılaşmayan müştəri satıcını bıçaqladı

Mingəçevirdə qiymətdə razılaşmayan müştəri satıcını bıçaqladı

Mingəçevir bazarında bıçaqlanma hadisəsi baş verib.

”Report” xəbər verir ki, hadisə az öncə şəhərin mərkəzi bazarında qeydə alınıb.

Belə ki, alış veriş zamanı alacağı xiyarın qiyməti ilə razılaşmayan müştəri Samir adlı gənc satıcını hər kəsin gözü önündə ürək nayihəsindən bıçaqlayaraq aradan çıxıb. Yaralı xəstəxanaya yerləşdirilib. Polis isti izlərlə hadisəni törədən adı hələ ki, naməlum olan şəxsin axtarışlarına başlayıb.

Qeyd edək ki, bıçaqlanan şəxs evlidir, 3 uşaq atasıdır. Ailəsi ilə birgə kirayədə yaşayan Samirin çox sakit təbiətli biri olduğu söylənilir.

Faktla bağlı araşdırma aparılır.

Həmçinin oxuyun

Çingizi arvadı ifşa edibmiş – Mərhum nazirin oğlu da dindirilib

Xəbər verdiyimiz kimi, Bakı Şəhər Halqası Əməliyyat şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyev …