Şənbə , Aprel 20 2024
Ana səhifə / Kriminal / Mingəçevirdə FACİƏ: 3 yaşlı körpə göldə boğulub

Mingəçevirdə FACİƏ: 3 yaşlı körpə göldə boğulub

Mingəçevir şəhərində 3 yaşlı körpə göldə boğularaq ölüb.

“Report”un Şirvan bürosu xəbər verir ki, hadisə Kür çayı sahilində yerləşən axmazlardan birində baş verib.

Belə ki, Mingəçevir şəhər sakini, 2015-ci il təvəllüdlü Şahin Hicran oğlu İskəndərli ehtiyatsızlıqdan gölə düşərək boğulub. Ətrafdakıların köməyi ilə sudan çıxarılan körpənin həyatını xilas etmək mümkün olmayıb. O, xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı araşdırmalara başlanılıb.

Həmçinin oxuyun

Talassemiyalı uşaqlar üçün toplanmış pulları ələ keçirənlərin məhkəməsi: “İşi ürək ağrısı ilə oxumuşuq”

Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış pulları ələ keçirməkdə ittiham olunan “Urmedhelp” və “My Doc …