Cümə , Yanvar 22 2021
Ana səhifə / Kriminal / Mingəçevirdə yataqxanada yanğın olub, 7 nəfər xilas, 17 nəfər təxliyə edildi – YENİLƏNİB

Mingəçevirdə yataqxanada yanğın olub, 7 nəfər xilas, 17 nəfər təxliyə edildi – YENİLƏNİB

Mingəçevirdə yanğın hadisəsi qeydə alınıb.

Musavat.com-un Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Mingəçevir şəhərində dördmərtəbəli yataqxana binasının 2-ci mərtəbəsində mənzillərdən birinin yanar konstruksiyaları və ev əşyaları yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 7 nəfər xilas edilib, 17 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Digər mənzillər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

****

Mingəçevir şəhərinin Heydər Əliyev prospektində, Sənaye parkının qarşısındakı ərazidə yerləşən fəhlə yataqxanasında baş vermiş yanğın söndürülüb.

“Report”un Şirvan bürosu xəbər verir ki, hadisə zamanı yataqxananın tüstüdən boğularaq zəhərlənmiş 10 sakini xəstəxanaya yerləşdirilib.

Onlardan 3-ü azyaşlı uşaqdır. Zərərçəkmişlərin vəziyyəti kafidir.

Təxliyyə zamanı digər bir qrup zərərçəkmişə yerindəcə tibbi yardım göstərilib.

Baş vermiş hadisə ilə bağlı araşdırma aparılıb.

Həmçinin oxuyun

Azərbaycanda 674 koronavirus xəstəsinə cinayət işi açılıb

Ötən il ölkə üzrə daxili işlər orqanları əməkdaşları tərəfindən saxlanılan aktiv COVID-19 xəstələrinin sayı açıqlanıb. …