Çərşənbə axşamı , Dekabr 1 2020
Ana səhifə / Kriminal / Mingəçevirdə məktəblilər arasında kütləvi dava olub, xəsarət alan var

Mingəçevirdə məktəblilər arasında kütləvi dava olub, xəsarət alan var

Mingəçevir şəhərində məktəblilər arasında kütləvi dava olub.

“Report”un Şirvan bürosu xəbər verir ki, hadisə şəhərin 11 saylı tam orta məktəbində qeydə alınıb.

Belə ki, həmin məktəbin 9-cu sinif şagirdləri arasında baş verən kütləvi dava zamanı 2003-cü il təvəllüdlü Vasif Qəşəm oğlu Abışova vintaçanla bir neçə zərbə vurulub. Ağır bədən xəsarətləri alan V.Abışov dərhal xəstəxanaya çatdırılıb. Yaralıya ilkin yardım göstərilib və əməliyyat olunub.

Faktla bağlı araşdırma aparılır.

Həmçinin oxuyun

“Xanımımın yolunu kəsən sürücü oğlumu boğmaq istəyib” – Video

Bakıda sürücülər arasında insident baş verib.  “ Azinforum.az ” xəbər verir ki, Avtosfer.az-a müraciət edən …