Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Kriminal / Milyarderin 3 uşağı terror aktı zamanı öldü – Foto

Milyarderin 3 uşağı terror aktı zamanı öldü – Foto

Şri-Lankanın paytaxtı Kolomboda törədilmiş terror aktı zamanı Danimarkanın ən zəngin iş adamı, “Bestseller” mağazalar şəbəkəsinin sahibi, “Asos” şirkətinin əsas səhmdarı, 4,5 milyard dollar sərvətə sahib Anders Holç Povlsenanın 3 uşağı həlak olub.

“Qafqazinfo”nun “The Daily Mail” nəşrinə istinadən verdiyi xəbərə görə, biznesmen həyat yoldaşı Anna və 4 övladı ilə birlikdə Şri-Lankada istirahət edirmiş.

Milyarderin 18 yaşlı qızı Alma hadisədən 4 gün öncə instaqram hesabında bacıları-Astrid və Aqnes və qardaşı Alfredin adada hovuzun ətrafında çəkilmiş şəklini paylaşıb. 

Terrakt nəticəsində 4 uşaqdan yalnız birinin sağ qaldığı haqda məlumat yayılıb, lakin məhz hansının yaşadığı açıqlanmır.

Qeyd edək ki, Şri-Lankada baş vermiş 8 güclü partlayış nəticəsində 290 nəfər ölüb, 500 nəfər yaralanıb.

Həmçinin oxuyun

Çingizi arvadı ifşa edibmiş – Mərhum nazirin oğlu da dindirilib

Xəbər verdiyimiz kimi, Bakı Şəhər Halqası Əməliyyat şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyev …