Şənbə , Dekabr 5 2020
Ana səhifə / Kriminal / “Milli ön”ün işçisindən müdhiş cinayət

“Milli ön”ün işçisindən müdhiş cinayət

“Milli ön” ödəmə terminallarından oğurluq olub.

“Qafqazinfo”nun DİN-ə istinadən məlumatına görə, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il dekabrın 31-dən cari il yanvarın 17-dək olan müddətdə paytaxtın Xəzər, Səbail, Nizami, Yasamal, Suraxanı, Xətai, Abşeron rayonları, respublikanın Quba və Sumqayt şəhərləri ərazisində quraşdırılmış “Milli ön” ödəmə terminallarından 122 742 manat və 1200 ABŞ dolları oğurlamaqda şübhəli bilinən, həmin şirkətdə inkasator işləyən Bakı şəhər sakini İlqar Əlixanov saxlanılıb.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun yaşadığı evdən 42 145 manat və 9400 ABŞ dolları aşkar edilərək götürülüb.

Həmçinin oxuyun

Müxtəlif xarici ölkələrin vətəndaşlarının muzd müqabilində Ermənistandan Azərbaycan Respublikasının işğal altında olmuş ərazilərinə keçirilməklə qanunsuz …