Çərşənbə axşamı , May 18 2021
Ana səhifə / Kriminal / Milli Məclisin deputatının anasının məzarından 2500 manatlıq çələng oğurlandı

Milli Məclisin deputatının anasının məzarından 2500 manatlıq çələng oğurlandı

Deputat Ağalar Vəliyevin anasının məzarı üzərindən çələng oğurlanıb.

Bununla bağlı millət vəkilinin ailə üzvləri polisə müraciət edərək məlumat veriblər.

A.Vəliyevin ötən ilin sentyabr ayında vəfat edən və Yasamal qəbiristanlığında dəfn edilən anası Qaragöz xanımın məzarı üzərindən 2500 manat dəyərində çələng və güllər oğurlanıb.

Faktla bağlı Yasamal RPİ-də araşdırma aparılır.

Qafqazinfo

Həmçinin oxuyun

Rüşvətə görə həbs edilən gömrükçülərin adları açıqlandı – RƏSMİ

Azərbaycan Respublikasının Baş Prokurorluğu və Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin bəzi vəzifəli şəxslərinin …