Çərşənbə , Dekabr 2 2020
Ana səhifə / Kriminal / Milli Məclisə hücum edən şəxslər saxlanıldı

Milli Məclisə hücum edən şəxslər saxlanıldı

İyunun 14-dən 15-nə keçən gecə Bakıdakı yürüş zamanı Milli Məclisin binasına ziyan vuranların kimliyi müəyyən edilib.
Trend-in məlumatına görə, onlar hüquq-mühafizə orqanları əməkdfaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilərək saxlanılıblar. Hazırda hadisədə iştirak edən digər şəxslərin müəyyən edilməsi istiqamətində tədbirlər görülür.
Qeyd edək ki, iyulun 14-dən 15-nə keçən gecə Bakıda Azərbaycan Ordusuna dəstək məqsədilə keçirilən yürüşün sonunda bir qrup şəxs ictimai qaydanın kobud surətdə pozulmasına səbəb olan hərəkətlərə yol verib, aksiyanın təhlükəsizliyini təmin edən polis əməkdaşlarına müqavimət göstərərək Milli Məclisin inzibati binasının qapı-pəncərələrini sındıraraq içəriyə daxil olublar. Nəticədə binaya maddi ziyan vurublar.

Həmçinin oxuyun

Vilyam Hacıyevin həbs müddəti uzadıldı

Bu gün Səbail rayon Məhkəməsində Dövlət Təhlükəsizliyi Xidmətinin (DXT) əməkdaşları tərəfindən saxlanılmış İmişli Rayon İcra …