Şənbə , Aprel 20 2024
Ana səhifə / Kriminal / Millət vəkilindən nazirliyə ittiham – “Pul yenə də dağıdılır”

Millət vəkilindən nazirliyə ittiham – “Pul yenə də dağıdılır”

Milllət vəkili Musa Quliyev parlamentdə çıxışı zamanı ünvanlı sosial yardım sistemindən imtina edilməsi məsələsini təklif edib. 

“Qafqazinfo” xəbər verir ki, o, eyni zamanda, hökumət qarşısında dərman vəsaitlərinin ƏDV-dən azad edilməsi məsələsini qaldırıb: “Biz ya birdəfəlik bundan imtina etməliyik, ya da mərhələ-mərhələ dərman vəsaitlərini ƏDV-dən azad etməliyik.

Bundan əlavə, ünvanlı sosial yardımla bağlı demək istəyirəm ki, bu sahəyə 220 milyon manat pul ayrılır, nazirlik bu istiqamətdə addımlar atır, amma pul yenə də dağıdılır. Bəlkə ÜSY sistemindən imtina edib daha konkret sistemə keçək ki, həm dövlətin pulu dağıdılmasın, həm də əhali əziyyət çəkməsin”.

Həmçinin oxuyun

Talassemiyalı uşaqlar üçün toplanmış pulları ələ keçirənlərin məhkəməsi: “İşi ürək ağrısı ilə oxumuşuq”

Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış pulları ələ keçirməkdə ittiham olunan “Urmedhelp” və “My Doc …

Bir cavab yazın