Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Kriminal / Millət vəkili dərman vasitələrinin ƏDV-dən azad olunmasını təklif etdi

Millət vəkili dərman vasitələrinin ƏDV-dən azad olunmasını təklif etdi

Milli Məclisdə Hökumətin 2015-ci il hesabatının müzakirəsi zamanı çıxış edən millət vəkili Qənirə Paşayeva dərmanların qiymətinin bahalığından şikayətlənib və çoxlu sayda imkanları zəif xəstələrin üzləşdiyi çətinliklərdən danışıb və hökuməti bununla bağlı tədbirlər görməyə çağırıb:

”Bir az əvvəl elə iclas fasiləsi zamanı qəbuluma bir müəllimə gəlmişdi, onkoloji xəstədir. 100 manat əmək haqqı alır. Müalicə üçün lazım olan dərmanlar 170 manatdan bahadır. Deyir bəs mən nə edim və kömək istəyirdi. Belə insanların sayı az deyil.
Dərmanların qiymətinin bahalığı ilə bağlı məsələyə cənab Prezident öz sərt münasibətini söyləmiş və tədbirlər görülməsini tapşırmışdı. Hesab edirəm ki, hökumət dərmanların qiymətini artıran süni amillərə, monopoliyalara qarşı sərt mübarizə aparmalıdır, amma bununla yanaşı yaxşı olardı ki, icbari tibbi sığortanın tətbiqinə qədər dərman vasitələri tamamilə əlavə dəyər vergisindən azad edilsin. Əlavə dəyər vergisindən azad olunsa, dərmanların qiyməti bir az ucuzlaşar və bu da insanlara kömək olar”.
Bir çox ölkələrdə dərman vasitələrinin ƏDV-dən azad olunduğu və ya güzəştlər tətbiq olunduğunu deyən millət vəkili Qənirə Paşayeva hökuməti bu məsələyə qısa zamanda baxmağa çağırıb.

Millət vəkili Qənirə Paşayeva Millli Məclisdə hökumətin 2015 – ci illlə bağlı hesabatının müzakirəsi zamanı icbari tibbi sığortanın tətbiqi məsələsinə də toxunub. Bu gün tibbi sığorta həllini gözləyən ən vacib problemlərdən biridir deyən millət vəkili hökuməti bu istiqamətdə işləri təcili sürətləndirməyə çağırıb və bunun insanlarımız üçün həyatı önəmini xüsusi vurğulayıb.

Həmçinin oxuyun

Həbsdəki başçı yarım milyonluq zərərin bir hissəni ödədi, amma…

Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Natiq Əliyevin sədrliyi ilə Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədovun …

Bir cavab yazın