Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Kriminal / Metroya balta ilə girən şəxs kimdir? – Açıqlama

Metroya balta ilə girən şəxs kimdir? – Açıqlama

Öz videosunu çəkərək sosial şəbəkələrdə paylaşan şəxs metroda balta ilə gəzdiyini deyərək əlindəki bağlamanı göstərib.

Vətəndaşları hədələyən həmin adam videoda bunları deyib: “And olsun bizi yaradana. Bakı şəhərində qaşın-gözün alan… nə bilim, özünü qadın kimi aparanlardan görsəm, Bakı şəhərində bu balta ilə… Bax, metrodayam, həmin o qaşın-gözün alanın başını kəsməsəm, adam deyiləm”.

Naməlum şəxs özü ilə gəzdirdiyi və daxili görünməyən sellofana bükdüyü baltanı da nümayiş etdirərək hədələrinin real olduğunu vurğulayıb.

Bakı Metropoliteninin mətbuat katibi Bəxtiyar Məmmədov “Yeni Müsavat”a açıqlamasında mövzu ilə bağlı dəqiq məlumat üçün DİN ilə əlaqə saxlamağı bildirib:

“Bizdə hazırda mövzu ilə bağlı hər hansı bir informasiya yoxdur. Məlumat əldə edilən kimi ictimaiyyətə təqdim ediləcək. Videonun həqiqət, ya da qurma olduğu DİN-in araşdırmasından sonra dəqiqləşəcək. Metropolitenlə bağlı bir məsələ olarsa, bunu da ictimaiyyətə təqdim edəcəyik”.

DİN-in Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov “Yeni Müsavat”a bildirib ki, video barədə xəbərdardırlar və müvafiq araşdırmalara başlanılıb:

“Məsələ araşdırılır. Nəticəsi barədə araşdırmalardan sonra cəmiyyətə ətraflı məlumat veriləcək. Həmin şəxsin şəxsiyyətinin müəyyən edilməsi istiqamətində tədbirlər görünür”.

Həmçinin oxuyun

Yarım milyonluq mənimsəmədə ittiham olunan politoloqla bağlı QƏRAR

Bakı Apellyasiya Məhkəməsində Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi sədrinin beynəlxalq əlaqələr üzrə sabiq müşaviri Cəbrail Fərzəliyevin …