Çərşənbə , Yanvar 16 2019
Ana səhifə / Kriminal / Metronun “Sahil” stansiyasında həyəcanlı anlar yaşandı

Metronun “Sahil” stansiyasında həyəcanlı anlar yaşandı

“Bakı Metropoliteni”nin “Sahil” stansiyasında eskalatorlardan biri anidən dayanıb.

Bu barədə KİV-ə “Bakı Metropoliteni”nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

O bildirib ki, “Sahil” metrostansiyasında eskalatorun qəfil dayanmasınıın səbəbi sərnişinlərin eskalatorlardan istifadə qaydalarına düzgün riayət etməmələri olub: “Problem bu gün “Sahil” metrostansiyasında üçüncü eskalatorda baş verib. Eskalator hərəkətdə olan zaman anidən dayanıb. Lakin sərnişinlər arasında xəsarət alan olmayıb. Dərhal digər eskalator işə salınıb və sərnişinlərin təhlükəsizliyi təmin edilib”.

B.Məmmədov deyib ki, eskalatora baxış keçirilib və qəfil dayanmasının səbəbi məlum olub: “Eskalatorların hərəkətinin anidən dayanmasına səbəb sərnişinlərin aşağıda yerləşən təhlükəsizlik fırçalarına ayaqlarını söykəmələridir. Dəfələrlə sərnişinlərə bu barədə xəbərdarlıq edilsə də, onlar israrla təhlükəsizlik fırçalarından ayqqabı fırçası kimi istifadə edirlər. Mövsümlə əlaqədar olaraq metroya düşən sərnişinlər eskalatorlarda qalxan zaman ayaqqabılarının palçığını həmin fırçalara silirlər.

Eskalatorlarda təmassız ötürücü qurğuları var. Təhlükəsizlik sistemi çox həssas olduğundan bu toz və palçıqları təhlükə kimi qəbul edərək avtomatik hərəkətini dayandırır. Bir daha sərnişinlərimizdən xahiş edirik, eskalatordan istifadə qaydalarına riayət etsinlər”.

VIPedu.BIZ

Həmçinin oxuyun

Rüfət Aslanlı üçün “qəfəs” hazırlığı

Maliyyə Bazarlarına Nəzarət Palatası Direktorlar Şurasının keçmiş sədri Rüfət Aslanlının adı ətrafında başlamış qalmaqal artıq …