Şənbə , Noyabr 28 2020
Ana səhifə / Kriminal / Metronun “Nəsimi” stansiyasında gənc oğlan relslərin üzərinə yıxılıb

Metronun “Nəsimi” stansiyasında gənc oğlan relslərin üzərinə yıxılıb

“Bakı Metropoliteni” QSC-nin “Nəsimi” stansiyasında 30 yaşlı gənc relslərin üzərinə yıxılıb.

“Report” xəbər verir ki, bunu metropolitenin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib.

Onun sözlərinə görə, hadisə bu gün saat 12:15 radələrində baş verib. Belə ki, “Nəsimi” stansiyasında 1987-ci il təvəllüdlü Paşayev Oktay Nazim oğlu stansiya yoluna yıxılıb: “Həzi Aslanov-Dərnəgül xətti ilə hərəkət edən qatardan düşən sərnişin digər xəttin stansiya yoluna düşüb. Həmin vaxt stansiyada qatar olmayıb.

Xoşbəxtlikdən sərnişin heç bir xəsarət almayıb. İşə getdiyini bildirən Paşayev Oktay başının fırlandığını və buna görə müvazinətini itirdiyini qeyd edib”.

Həmçinin oxuyun

“Ərimə yaxın dostu ilə xəyanətimi dedim” – Sofiyevanın ziddiyətli ifadələri

Ötən ilin iyulun 7-də naməlum şəraitdə yatdığı divanda bir neçə bıçaq zərbəsi və boğazının kəsilməsi …