Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Kriminal / Metroda qızlara sataşan şəxs ona etiraz edən gəncin başını deşdi

Metroda qızlara sataşan şəxs ona etiraz edən gəncin başını deşdi

Bakı metrosunda qızlara sataşan şəxs ona etiraz edən gəncin başına drellə vuraraq xəsarət yetirib.

Hadisə aprelin 19-da saat 18:30 radələrində “Koroğlu” metrostansiyasında baş verib.

Belə ki, 43 yaşlı E.Cəfərov iki gənc qıza sataşıb. Metrodakı sıxlığı fürsət bilən 43 yaşlı şəxs qızları narahat etməyə, onlara toxunmağa başlayıb. Bu vəziyyətdən qızlar və ətrafda olanlar da narahat olub.

Qatarda olan 27 yaşlı Xəyyam Vəliyev də vəziyyəti görüb və Cəfərova bu hərəkətlərinə görə irad bildirib. Qatar “Koroğlu” stansiyasına çatan zaman mübahisə yaranıb və Xəyyam Vəliyev həmin şəxsin qatardan düşməsini tələb edib. Bu zaman Cəfərov əlində olan çantanı Xəyyamın başına vurub. Çantada drel olduğu üçün Xəyyam başından xəsarət alıb. Hadisə yerinə stansiyadakı polis əməkdaşları gəlib, təcili yardım çağırılıb. Xəyyama tibbi yardım göstərildikdən sonra onlar Metropolitendə Polis Şöbəsinə aparılıblar. Xəyyam ifadəsini alındıqdan sonra sərbəst buraxılıb. Cəfərov isə həmin günü şöbədə saxlanılıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Musavat.com

Həmçinin oxuyun

Yarım milyonluq mənimsəmədə ittiham olunan politoloqla bağlı QƏRAR

Bakı Apellyasiya Məhkəməsində Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi sədrinin beynəlxalq əlaqələr üzrə sabiq müşaviri Cəbrail Fərzəliyevin …