Ana səhifə / Kriminal / Metro və marşrutda gediş haqqı artırılır? – Rəsmi açıqlamalar, FOTOLAR

Metro və marşrutda gediş haqqı artırılır? – Rəsmi açıqlamalar, FOTOLAR

Son günlər ictimai nəqliyyatda gediş haqqlarının artacağı ilə bağlı müxləlif xəbərlər yayılır. İddialara görə, sentyabr ayının 15-dən etibarən metro və avtobuslarda gediş haqqı 0.40 manat olacaq.
Dolların sürətlə bahalaşdığı, ərzaq qiymətlərinin durmadan artdığı, iqtisadi böhranın dərinləşdiyi bir vaxtda bu iddiaların reallığa çevirilməsi də inandırıcıdır.
Üstəlik, hökumət ötən aylarda suyun və elektrik enerjisinin qiymətini artırıb. Həm də Bakı Metropoliteni rəhbərliyi neçə illəridir yeraltı nəqliyyatın gəlirlərinin xərclərini ödəmədiyini bildirir.
Bəs ictimai nəqliyyatda qiymət artımı nə qədər realdır? Avtobuslarda və metroda gediş haqqlarını artırmaq üçün zəruriyyət yaranıbmı?
Məsələ ilə bağlı Qaynarinfo.Az-a danışan “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirdi ki, yeraltı nəqliyyatda sərnişindaşınmanın xərci ödəniş haqqından daha çoxdur: “Bu uzun illərdir ki, belədir. Sərnişin ödədiyi pul sərnişindaşıma xərcini ödəmir. Ancaq qiymətlərin artıb və ya azalacağı ilə bağlı qərarı Taarif Şurası verir. Bakı Metropoliteni olaraq, biz Tarif Şurasına müraciət etməmişik”.
Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova da Qaynarinfo.Az-a açıqlamasında bildirdirdi ki, bununla bağlı Tarif Şurasına müraciət olunmayıb: “Qiymətlərin artımı ilə bağlı tələbat öz mahiyyətini zamana uyğun dəyişə bilər. “Tələbat varmı, zəruriyyət varmı” suallarına cavabı o zaman verə bilərik ki, Tarif Şurası artıq bu qərarı təsdiqləyib və qiymətlər qalxıb. Bundan sonra izahatını verə bilərik ki, bunun səbəbi tələbatın artması idi. Bakı Nəqliyyat Agentliyi olaraq Tarif Şurasına qiymət artımı ilə bağlı müraciət olunmayıb. Ola bilər ki, cəmiyyət arasında müəyyən qiymət artımından sonra gördükdən sonra ictimai nəqliyyatda da eyni proseslərin olacağı barədə fikir formalaşıb. Ancaq bu şaiyədir”.
İqtisadçı ekspert Samir Əliyev isə ictimai nəqliyyatda qiymət artımının olacağını proqnozlaşdırır.
 
Ekspert Qaynarinfo.Az-a açıqlmasında bildirdi ki, Azərbaycanda qiymətlərin səviyyəsini xarici ölkələrlə müqayisə etməyin əsası yoxdur: “2016-cı ildə kommunal sektorda qiymətlər artdı. Suyun, işığın qiyməti artırıldı. Deməli, qiymət artımı mütləq digər sektora da təsir etməlidir. Nəqliyyat sektorunda yanacağın qiyməti dəyişmədiyinə görə, avtobuslarda qiymət artımı üçün əsas yoxdur. Amma Metropoliten əsas gətirə bilər ki, işığın qiyməti 16 faiz (1 qəpik) artıb. Metropoliten bunu əsas gətirə bilər.
Ola bilər ki, taariflər xarici ölkələrlə müqayisə edildikdə ucuzdur. Amma gəlin görək, əhalinin qazancı, maaşı, pensiyanın səviyyəsi həmin o baha qiymətlərin olduğu ölkələrdəki maaşdan, pensiyadan nə qədər aşağıdır. Xarici ölkələrdə qiymətlər bahadır, ancaq əhalinin gəlirləri də yüksəkdir. İstər vətəndaşlardan əldə edilən qazanclar, istərsə də dövlət büdcəsindən ayrılan pul vəsaitləri ilə bağlı şəffaflıq olmadığından biz qiymətin artma tələbini müəyyən edə bilmirik. Düşünmürəm ki, qiymət artırılması bağlı qərar verilsə, bunun ciddi bir əsası olacaq. Kommunal sektorda qiymət artdığından, nəqliyyat sektorunda da artımı gözləyirəm. Amma bu artım keyfiyyətin artmasına səbəb olmayacaqsa, əhalidən daha çox pul qazanmaqdan başqa bir şeyə xidmət etməyəcək”.

Həmçinin oxuyun

Taleh Qaraşovun qardaşı oğluna 10 il həbs cəzası verildi

Kürdəmirdə atasını ov tüfəngi ilə öldürməkdə ittiham edilən Azay Qaraşovun cinayət işi üzrə məhkəmə araşdırması …

Bir cavab yazın