Çərşənbə , İyun 19 2019
Ana səhifə / Kriminal / ““Mercedes” sürürdü, dedim yəqin pulu olar” – Taksi sürücüsünü bıçaqla hədələyib soydular – VİDEO

““Mercedes” sürürdü, dedim yəqin pulu olar” – Taksi sürücüsünü bıçaqla hədələyib soydular – VİDEO

Paytaxtda quldurluq faktı qeydə alınıb.

ARB TV xəbər verir ki, Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində şəxsiyyəti məlum olmayan iki nəfər Bakı şəhər sakininin idarə etdiyi “Mercedes” markalı avtomobilə sərnişin qismində oturaraq Qala qəsəbəsinə gedəcəklərini bildiriblər və qəsəbə ərazisində sürücünü bıçaqla hədələyiblər.

Sürücünün 35 manat pulunu, mobil telefonunu və avtomobilinin açarlarını alıb hadisə yerini tərk ediblər.

Xəzər rayon polis idarəsi 1-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakinləri Ümid Kərimov və Elçin Teymurov Qala qəsəbəsi ərazisində saxlanılıb. Onlardan içərisində 2 ədəd bıçaq, yapışqanlı lent və idman paltarları olan çanta götürülüb.

Ümid Kərimov – Saxlanılan şəxs: “Taksi gəldi, “miqat”elədi. Saxlatdırdım, gördüm 45 yaşlı day-daydı. “Mercedes” sürürdü. Səliqəli maşın idi. Dedim, yəqin pulu olar”.

Elçin Teymurov – Saxlanılan şəxs: “Balaca bıçaq Ümiddə idi. Dedik nə pul var, ver”.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi aparılıb, araşdırmalar aparılır.

 

Həmçinin oxuyun

Azərbaycanda 128 kiloqram heroin tutuldu – Video

Dövlət Gömrük Komitəsi əməkdaşlarının daha bir uğurlu əməliyyatı nəticəsində 128 kq 689 qram narkotik vasitə …