Ana səhifə / Kriminal / Mehman Hüseynovun məhkəməsi – bloqqer azadlığa çıxa bilər

Mehman Hüseynovun məhkəməsi – bloqqer azadlığa çıxa bilər

Həbsdəki bloqqer Mehman Hüseynov vaxtından əvvəl şərti azadlığa buraxılması məsələsi ilə bağlı məhkəmə iclası keçirilir.

Bloqqerin ərizəsinə hazırda 14 saylı Cəza Çəkmə Müəssisəsində Qaradağ Rayon Məhkəməsinin hakimi Rəşad Məmmədov baxır.

Musavat.com-un cəza çəkmə müəssisəsinin qarşısında olan əməkdaşı xəbər verir ki, M.Hüseynovun vəkili Şəhla Hümbətova artıq cəzaçəkmə müəssisəsindədir. Məhkəmə saat 15:00-a təyin edilib.

M.Hüseynov Cinayət Məcəlləsnin 76-cı (vaxtından əvvəl şərti azad edilmə) maddəsinə əsaslanaraq, məhkəməyə müraciət edib.

Qeyd edək ki, M.Hüseynov ona verilmiş iki il azadlıqdan məhrumetmə cəzasının 1 il 5 ayından da çoxunu çəkib.

 

Həmçinin oxuyun

Taleh Qaraşovun qardaşı oğluna 10 il həbs cəzası verildi

Kürdəmirdə atasını ov tüfəngi ilə öldürməkdə ittiham edilən Azay Qaraşovun cinayət işi üzrə məhkəmə araşdırması …