Çərşənbə , Sentyabr 23 2020
Ana səhifə / Kriminal / Mehdi İbrahim evə buraxıldı – FOTO

Mehdi İbrahim evə buraxıldı – FOTO

AXCP Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin həbsdə olan oğlu, futbol məşqçisi Mehdi İbrahimov evə buraxılıb.

Bu barədə M.İbrahimin qardaşı Turan İbrahim və vəkili Aqil Layıcov məlumat yayıb.

Qeyd edək ki, M.İbrahim iyulun 15-də Qarabağa dəstək yürüşündə iştiraka görə saxlanılıb.

Daha sonra ona qarşı Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsilə – koronavirus yaymaqda ittihamı irəli sürülüb.

Avqustun 19-da Xətai rayon Məhkəməsi onun ev dustaqlığına buraxılması ilə bağlı qərar çxıarıb.

Mehdi İbrahimin əvvəlcə koronavirusa yoluxması barədə məlumat yayılmışdı. Sonra isə bu təsdiq olunmadı. Amma Mehdi avqustun 19-da ev dustaqlığına buraxılan zaman karantinə alındı. “Atletlər kəndi”ndə karantində saxlanılan Mehdi İbrahim bu gün evə buraxılıb.

Mehdi İbrahim futbol məşqçisidir. 4 yaşında bir qızı var. İspaniyada “Real Madrid” komandasında təcrübə keçib, UEFA lisenziyalı məşqçidir. Musavat.com

Həmçinin oxuyun

Bakıda bacısını öldürən icra nümayəndəsinin oğlu barəsində 4 ay həbs qətimkan tədbiri seçilib

Xəzər rayon məhkəməsində bacısını qətlə yetirməkdə təqsirləndirilən 1996-cı il təvəllüdlü Məhəmməd Babayevin barəsində həbs qətimkan …