Bazar ertəsi , Avqust 2 2021
Ana səhifə / Kriminal / MBNP bankların konsolidasiyası ilə bağlı açıqlama verib

MBNP bankların konsolidasiyası ilə bağlı açıqlama verib

Konsolidasiya prosesləri bankların özlərinin strateji baxışları və təşəbbüsləri çərçivəsində baş verə bilər.

Bu barədə Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatasından “Report”un bankların konsolidasiyası prosesi ilə bağlı sualına cavabda bildirilib: “Hazırda bank sisteminin maliyyə sabitliyinin gücləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir və artıq sektorda sabitləşmə meylləri müşahidə edilir. Konsolidasiya prosesləri bankların özlərinin strateji baxışları və təşəbbüsləri çərçivəsində baş verə bilər”.
Xatırladaq ki, bir müddət öncə “AGBank” ASC digər banklarla konsolidasiya haqqında ilkin razılığa gəlsə də, daha sonra bank öz işini müstəqil davam etdirməyə qərar verib. Bundan başqa, Mərkəzi Bank tərəfindən lisenziyası ləğv edilmiş banklardan bir neçəsi birləşərək yenidən lisenziyalarının bərpasına çalışır.
Həmçinin, Palatadan bazar trendlərindən asılı olaraq milli valyutada əmanətlərin stimullaşdırılası ilə bağlı tədbirlərin davam etdirilə biləcəyini bildiriblər: “Milli və xarici valyutada əmanətlərin sığortalanmasına differensial yanaşmanın tətbiqinə başlanılıb. Bu addım milli valyutada əmanətlərin stimullaşdırılması üçün əhəmiyyətlidir. Gələcəkdə, müvafiq bazar trendlərindən asılı olaraq əlavə tədbirlər müəyyən edilə bilər”.

Həmçinin oxuyun

Bıçaqlanan polis serjanti ilə bağlı rəsmi açıqlama

İyulun 30-u saat 22 radələrində Cəbrayıl rayon sakini Qurban Qurbanovun xəsarət alması barədə rayon prokurorluğuna …

Bir cavab yazın