Ana səhifə / Kriminal / “Mayıl Naxçıvanski”ni öldürən Aslan “son söz”ünü dedi

“Mayıl Naxçıvanski”ni öldürən Aslan “son söz”ünü dedi

Suraxanıda kriminal avtoriteti öldürməkdə təqsirləndirilən şəxs hakim qarşısına çıxarılıb. Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə ittiham edilən 1989-cu il təvəllüdlü Aslan Sadıqovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən sonuncu prosesdə məhkəmə istintaqının başa çatdığı elan edilib.

Aslan Sadıqovun vəkili məhkəməyə vəsatət verərək müdafiə etdiyi şəxsin atasının şahid qismində dindirilməsini istəyib. Hakim bildirib ki, Aslan Sadıqovun atası məhkəmə istintaqı başlayandan proseslərdə iştirak etdiyi üçün şahid kimi dindirilə bilməz. Vəkil həmçinin Aslan Sadıqov barəsində ekspertiza təyin edilməsini istəyib. Müdafiəçi Aslan Sadıqovun psixi probleminin olduğunu deyib. Məhkəmə bu vəsatətin şifahi şəkildə verilə bilməyəcəyini qeyd edib.

Daha sonra hakim məhkəmə istintaqının başa çatdığını elan edib və çıxış üçün sözü dövlət ittihamçısına verib.

Prokuror çıxışında qeyd edib ki, məhkəmə istintaqı dövründə Aslan Sadıqovun Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsəbə adam öldürmə) və 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddələri ilə təqsirliliyi sübuta yetirilib. Buna görə də onun barəsində 18 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir.

Aslan Sadıqov ötən ilin iyul ayında 1979-cu il təvəllüdlü Mail Mustafayevi bıçaqlayaraq qətlə yetirib. Mail Mustafayev kriminal aləmdə “Hövsanlı Mayıl”, “Mayıl Naxçıvanski” kimi tanınıb. O, əvvəllər dəfələrlə məhkumluq həyatı yaşayıb. M.Mustafayevin mərhum “qanuni oğru” Rövşən Lənkəranskinin yaxın adamlarından olduğu bildirilir. İttihamda göstərilir ki, hadisədən bir neçə saat əvvəl Aslanla Mayıl arasında mübahisə olub. Mayıl Aslana narkoman deyib. Aslan bu sözləri özünə təhqir kimi qəbul edib. Bir neçə saat sonra Mayılın “Hövsan” marketin qarşısında dayandığını öyrənən Aslan Mayıla bıçaq zərbələri endirib. İttihamda yazılır ki, Aslan hadisəni törədən zaman spirtli içkinin təsiri altında olub. Musavat.com

Həmçinin oxuyun

Bakı sakinini döyərək pulunu və avtomobilini əlindən aldılar

Paytaxt sakininə qarşı quldurluq edilib.  Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən xəbərə görə, Suraxanı Rayon …