Ana səhifə / Kriminal / Maşınla adam vurub öldürən dünya çempionunun məhkəməsi başlayır

Maşınla adam vurub öldürən dünya çempionunun məhkəməsi başlayır

Bakıda maşınla adam vurub öldürən dünya çempionu Urxan Orucovun məhkəməsi başlayır.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə bu il yanvarın 25-də saat 1 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində baş verib.

U.Orucov idarə etdiyi “BMW” markalı avtomobillə Maştağa qəsəbə sakini, 31 yaşlı Səlim Zülfüqarovu vurub və hadisə yerindən qaçıb. S.Zülfüqarv vəfat edib, U.Orucov isə saxlanılaraq həbs edilib.

Orucov kikboksinq və kunq-fu idman növləri üzrə 3 qat dünya, 8 qat Azərbaycan çempionudur.

Onun ittiham olunduğu cinayət işi üzrə istintaq başa çatıb, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Səbuhi Hüseynovun sədrliyi ilə avqustun 9-da ilkin hazırlıq iclası keçiriləcək.

Həmçinin oxuyun

1,2 milyonluq dələduzluqda ittiham olunan iş adamı azadlığa buraxıldı – 7 il cəza almışdı

Dələduzluqda təqsirləndirilən “MİR” avtosalonunun sahibi Məhərrəm Əhədov azadlığa buraxılıb. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, 1974-cü il …