Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Kriminal / Maşını ilə 13 nəfəri əzən qadına cinayət işi açıldı

Maşını ilə 13 nəfəri əzən qadına cinayət işi açıldı

“Ötən gün Mingəçevirdə 13 nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası ilə bağlı cinayət işi açılıb”.


Bu barədə saytımıza Daxili işlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov bildirib.


O qeyd edib ki, baş verən hadisə ilə bağlı Mingəçevir Şəhər Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) ilə cinayət işi başlanılıb:


“Faktla bağlı ekspertizalar təyin edilib”.


Qeyd edək ki, dünən Mingəçevirdə “Opel” markalı minik avtomobilinin qadın sürücüsü maşını kütləyə çırpıb. Nəticədə, 13 nəfər xəsarət alıb, onlardan 10-u uşaq olub.(oxu.az)

Həmçinin oxuyun

Fazil Mustafanı güllələməkdə ittiham olunan şəxslər onun məhkəməyə gəlməsini tələb edir

Deputat Fazil Mustafa güllələnməsi ilə bağlı məhkəmə iclaslarına gəlmir. Ona qarşı sui-qəsddə ittiham olunan şəxslər …