Cümə , İyun 21 2019
Ana səhifə / Kriminal / Maşına hücum çəkdi, şirkətin ofisini dağıtdı – Bakıda ŞOK HADİSƏ

Maşına hücum çəkdi, şirkətin ofisini dağıtdı – Bakıda ŞOK HADİSƏ

Bakının mərkəzi küçələrindən birində gözlənilməz hadisə baş verib.

Azinforum.az Baku.ws-ə istinadən xəbər verir ki, Səbail rayonu, Rəşid Behbudov küçəsi 55 ünvanında bir kişi aləmi bir-birinə qatıb. Kişi daha sonra “Unicapital” şirkətinin şüşələrini sındırıb.

Videodan da göründüyü kimi kişi qara rəngli maşının şüşələrini sındırıb. Hadisə yerinə polis əməkdaşları çağırılıb.

Məsələ ilə əlaqədar Səbail rayon Polis İdarəsi ilə əlaqə saxladıq. İdarənin 39-cu polis bölməsindən bildirildi ki, bir nəfərin “Volkswagen” markalı maşının şüşələrini sındırması və asayişi pozması barədə məlumat daxil olub. Hadisə yerinə polislər cəlb olunub.

Olayın baş vermə səbəbləri araşdırılır.

VİDEOYA BURADAN BAXA BİLƏRSİNİZ...

Həmçinin oxuyun

Bakıda ağır qəza: Maşın səkidə dayanan kişiyə çırpıldı (FOTO)

Bakıda yol qəzası baş verib.  Azinforum.az “Report”a istinadən xəbər verir ki,  hadisə Yasamal rayonunda, Şərifzadə küçəsində qeydə alınıb.  …