Cümə , Sentyabr 21 2018
Ana səhifə / Kriminal / Maşın qoyun sürüsünə girdi – Çoban yaralandı, 57 baş qoyun tələf oldu

Maşın qoyun sürüsünə girdi – Çoban yaralandı, 57 baş qoyun tələf oldu

İyulun 9-da saat 4 radələrində Bakı-Qazax yolunun 480-ci kilometrliyində –  Qazax rayonunun Daşsalahlı kəndi ərazisində Şəmkir rayon sakini Habil Hüseynov idarə etdiyi “Audi” markalı avtomobillə yolu keçən qoyun sürüsünü və çoban, Qazax rayon sakini Adil Quliyevi vurub.
DİN Mətbuat Xidmətindən Moderator.az-a bildirlib ki, hadisə nəticəsində A.Quliyev xəstəxanaya yerləşdirilib. 57 baş qoyun isə tələf olub.

DİN-in Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Həmçinin oxuyun

Telman İsmayılovun qardaşı oğlu həbs edildi

Azərbaycanlı məşhur milyarder, “Çerkizov” bazarının sabiq rəhbəri Telman İsmayılovun qardaşı oğlu Zaur Mərdanov həbs olunub. …