Çərşənbə axşamı , İyul 16 2019
Ana səhifə / Kriminal / Maşın bazarında Yeni Qayda – Hər təkərə görə 1 AZN, maşına görə 2 AZN (VİDEO)

Maşın bazarında Yeni Qayda – Hər təkərə görə 1 AZN, maşına görə 2 AZN (VİDEO)

İcarə haqqının qaldırılması və bir sıra əlavə ödənişlər sahibkarların narazılığına səbəb olub.

Görüntülər paytaxtın Xətai rayonunda Babək prospektində yerləşən və ”Maşın bazarı” kimi tanınan ticarət mərkəzindəndir. Burda təkər satışı ilə məşğul olanlar deyir ki, bir neçə gündür bazar rəhbərliyi icarə qiymətlərini və vergi ödənişini qaldırıb. Sahibkarlar deyir ki, hər ay mağazanın icarəsi üçün 1800 manat və əlavə olaraq 270 manat vergi pulu verirlər.

Bundan əlavə, vergi adı ilə yığılan pullarının məbləğinin də artırılması mağaza işlədənləri özündən çıxarıb. Onlar deyir bazar rəhbərliyinə vergi pulu kimi ödədikləri məbləğ heç vergilər nazirliyinə çatdırılmayıb. Çünki vergi müfəttişləri tərəfindən ödəniş etməmələrinə görə cərimələniblər.

Gün boyu bazarda təkər satılan mağazalar bağlanıb və sahibkarlar yığışaraq bu vəziyyətin dəyişməsini tələb ediblər. Lakin bazar rəhbərliyindən bir nəfər bildirib ki, icarə pulu, eyni zamanda vergi ödənişi 50 manat qaldırılıb. Səbəbinə gəlikdə isə həmin şəxs bunun bazarın sahibinin göstərişi ilə edildiyini dedi.

XoxuTV

Həmçinin oxuyun

615 min dollarlıq dələduzluqda təqsirləndirilən qadının apelyasiya şikayətinə baxılır

615 min dollarlıq dələduzluqda təqsirli bilinən Gülarə Əliyeva barəsindəki hökmdən apelyasiya şikayəti verib. Report-un xəbərinə …

Bir cavab yazın