Şənbə , Aprel 20 2024
Ana səhifə / Kriminal / Masazır bələdiyyəsinin üzvləri tanınmış ilahiyyatçını qanına qəltan etdilər – FOTO

Masazır bələdiyyəsinin üzvləri tanınmış ilahiyyatçını qanına qəltan etdilər – FOTO

Abşeron Rayon Masazır Bələdiyyəsinin üzvləri tanınmış ilahiyyatçı Tural İrafanı döyüblər. Bu barədə məlumatı zərərçəkənin özü verib. Onun sözlərinə görə, torpaq rüsumu ödəmiş kənd sakininə ödəniş etdiyi haqda arayış vermək üçün bələdiyyə işçisi Səma adlı qadın əlavə 60 manat tələb edib. T. Əhmədov isə dövlət rüsumunu ödədiyini və sədrlə görüşmək istədiyini bildirib. Deyiblər ki, sədr yerində olmur və vətəndaşları qəbul etmir. Belə olduqda vətəndaş bələdiyyə sədrinin telefon nömrəsini istəyib, imtina ediblər ki, verə bilmərik, özü bunu bizə yasaqlayıb. Vətəndaş sabahısı, yəni 25.09.2020 ci il tarixdə səhər saatlarında Bələdiyyəyə gedərək arayışı almaq istədikdə, yenə də sədr yerində olmayıb. Vətəndaş telefon nömrəsi istədikdə bələdiyyə üzvləri ona sabah gəlməsini deyiblər. Vətəndaş onu niyə süründürdüklərini qeyd etdikdə 60 manat şirinlik vermədiyini əsas gətirərək onu təhqir edib binadan qovmağa cəhd ediblər. Vətəndaş sədri gözləyəcəyini və ona şikayət edəcəyini bildirdikdə bələdiyyə üzvləri ona hücum edərək döyüb, burnunu sındırıb, bir neçə yerindən müxtəlif növ xəsarətlər yetiriblər. Vətəndaşın halı pisləşdiyindən ona heç təcili yardım da çağırmayıblar. Bələdiyyədə olan digər tanımadığı bir sakin onu öz maşını ilə Abşeron Rayon təcili tibbi yardım stansiyasına çatdıraraq, ilkin tibbi yardım edilməsinə kömək edib. İş Abşeron Rayon polisinin nəzarətindədir. İlkin tibbi məhkəmə ekspertizası təyin edilib. Qeyd edək ki, Masazır Bələdiyyəsinin üzvlərinın əksəriyyəti Abşeronun məmurlarının azyaşlı ovladlarıdır. Əksəriyyəti qəsəbəni tanımır. Sadəcə, seçkidə namizədlik verərək “seçiliblər”.

Qeyd edək ki, Masazırda kifayət qədər problemlərin olması ilə bağlı mətbuatda saysız şikayət və müraciətlər mövcuddur. Son zamanlar insanlar zibil tullantılarının yığılması, antisanitariya vəziyyəti, torpaqların qanunsuz satılması, yolların, küçələrin bərbad olması kimi çoxsaylı problemlərdən şokayətçidir. Araşdırmalarımıza görə Masazır Bələdiyyəsində radikal dini əqidədə olan “hacı” ləqəbli 3-4 nəfər də çalışır. Əlavə edək ki, bələdiyyə binasında döyülən və ölümlə hədələnən sakin “Nöqtə” qəzetinin və ziyalilar.az saytının baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü T. Əhmədovdur. Hazırda vəziyyətinin ağır olması ilə əlaqədar onun özü ilə əlaqə saxlaya bilməsək də, yaxınlarının verdiyi məlumata görə, həkim nəzarətindədir. Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

Həmçinin oxuyun

Vardanyan Bakı həbsxanasında aclıq aksiyasına başladı

Bakıda həbsdə olan qondarma Dağlıq Qarabağ Respublikasının “dövlət naziri” olmuş Ruben Vardanyan aclıq aksiyası keçirir.Bu …