Çərşənbə axşamı , Yanvar 26 2021
Ana səhifə / Kriminal / Masallıda OLAY: Saxta “yüzlük”lə benzin doldurmaq istədi

Masallıda OLAY: Saxta “yüzlük”lə benzin doldurmaq istədi

Masallı Rayon Polis Şöbəsinə rayon ərazisindəki yanacaqdoldurma məntəqələrinin birindən daxil olmuş müraciətdə “VAZ-21063” markalı avtomobilin sürücüsünün doldurduğu yanacağın müqabilində 1 ədəd 100 manatlıq əsginas təqdim etməsi, sonradan həmin pulun saxta olduğunun aşkar edilməsi bildirilib.

DİN Mətbuat Xidmətindən Unikal.org-a verilən məlumata görə, faktla əlaqədar Cinayət Məcəlləsinin 204-cü maddəsi (Saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma) ilə cinayət işi başlanılıb.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxta pulu təqdim etməkdə şübhəli bilinən Xırdalan şəhər sakini Ruslan Əsədullayev qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.

Həmçinin oxuyun

Daha bir xəstəxana direktoruna cinayət işi açıldı

Qusar rayon xəstəxanasında təcili tibbi yardımın əməkdaşlarına verilən əlavə ödəmənin mənimsənilməsi ilə bağlı cinayət işi …