Çərşənbə , Noyabr 25 2020
Ana səhifə / Kriminal / Masallıda istirahət mərkəzinin sahibi saxlanıldı – Narkotikə görə

Masallıda istirahət mərkəzinin sahibi saxlanıldı – Narkotikə görə

Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini A.Ağazadənin idarə etdiyi “VAZ-2107” markalı avtomobildən ona və sərnişini olan Ərkivan qəsəbə sakini Ə.Abdinova məxsus 173 qramdan artıq metamfetmin, 60 qramdan artıq heroin və 417 qramdan artıq tiryək aşkar edilərək götürülüb.

Daxili İşlər Nazirliyindən Unikal.org-a verilən məlumata görə, davam etdirilən tədbirlərlə Ə.Abdinovun işlədiyi istirahət mərkəzindən 2 qramdan artıq marixuana və 12 qramdan artıq çətənə toxumu, habelə orada istirahət edən Ərkivan qəsəbə sakini, əvvəllər məhkum olunmuş H.Orucovdan 286 qrama yaxın marixuana, 3 qramdan artıq metamfetamin, 7 qrama yaxın preqabalin və Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş Elşən Nağıyevdən isə 3 qramdan artıq metamfetamin aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Həmçinin oxuyun

Peqova qarşı cinayət işi – təhvil verilməsə, özümüz…

Respublika Prokurorluğu Rusiya vətəndaşları olan “WarGonzo” layihəsinin müəllifi Semyon Vladimiroviç Peqov və Yaxın Şərq və …