Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Kriminal / Martda valyuta bazarını kəskin dalğalanma gözləyir

Martda valyuta bazarını kəskin dalğalanma gözləyir

Mart ayı ərzində açıqlanması gözlənilən önəmli maliyyə xəbərləri fonunda qlobal valyuta bazarında kəskin dalğalanma proqnozlaşdırılır.

Martın 5-də ABŞ-ın kənd təsərrüfatı istisna olmaqla əhalinin məşğulluq göstəricisinin açıqlanması, gələn həftə Avropa Mərkəzi Bankının (ECB) növbəti iclasının keçirilməsi, martın 16-da ABŞ Federal Ehtiyat Sisteminin (FES) növbəti iclası, Yaponiya Mərkəzi Bankının (BOJ) martın 15-də qərarının açıqlanması, Yaponiyada fiskal maliyyə ilinin sonu olması səbəbindən dəyişikliklərin gözlənilməsi və bir çox neft hasilatçısı ölkələrinin neft bazarının tənzimlənməsi ilə bağlı görüşləri valyuta bazarını diqqət mərkəzinə çevrilməsinə səbəb olacaq.

Qeyd edək ki, fevral ayında maliyyə bazarları funt sterlinqin 5,5% zəifləməsini və yapon yeninin 8% möhkəmlənməsinin şahidi olub. Yaxın aylarda isə valyuta bazarlarını daha kəskin dəyişikliklər gözləyir.

Martın 5-də iqtisadçılar məşğulluq göstəricisinin 195 min nəfər artmasını proqnozlaşdırır. Bu, yanvardakı 151 min nəfərlik artımdan 29% çoxdur. Belə olduğu halda, FES-in mart iclasında uçot dərəcəsini artıracağı ehtimalı yüksəlib ki, bu da dolların güclənməsinə, digər aktivlərin kəskin ucuzlaşmasına səbəb olacaq. İnvestorların dolların möhkəmlənməsindən daha da əmin olaması üçün xidmət sektorunda aktivlik indeksinin yüksək çıxması və əmək haqlarının artımı göstəricisi xüsusi əhəmiyyət kəsb edir.

Dolların möhkəmlənməsinə digər səbəb də ECB-nin uçot dərəcəsini azaltması fonunda avronun zəifləməsi ola bilər. Belə ki, Avrozonada son inflyasiya göstəricilərinin proqnozlardan aşağı olması ECB-ni monetar ekspansiyanın həcmini artırmağa məcbur edir. Bu da avronun zəifləməsinə gətirib çıxaracaq.

Yaponiya iqtisadiyyatının zəif inkişafı BOJ-un uçot dərəcəsini mənfiyə endirməsinə səbəb olub. BOJ-un qısa zamanda iqtisadi artımı və inflyasiyanı yüksəltmək üçün monetar ekspansiya həyata keçirməsi gözlənilir ki, bu da yenin məzənnəsinin azalmasına səbəb olacaq.

“Report”un analitik qrupu hesab edir ki, yaxın 3 ayda USD/EUR məzənnəsi dolların lehinə artaraq paritetə, JPY/USD məzənnəsi isə 120 səviyyəsinə yaxınlaşacaq.

Həmçinin oxuyun

“Məhkumlar soyuq havalarda üst-üstə paltarlar geyiniblər”

Naxçıvan Muxtar Respublikası Penitensiar Xidmətinin sabiq rəisi, ədliyyə general-mayoru Tofiq Həsənovun cinayət işi üzrə növbəti …

Bir cavab yazın