Şənbə , Yanvar 16 2021
Ana səhifə / Kriminal / Marketlerdə növbəti ağılagəlməz fırıldaq – Fotofakt

Marketlerdə növbəti ağılagəlməz fırıldaq – Fotofakt

Bakıdakı böyük supermarket şəbəkələrinin alıcıları aldatmasıyla bağlı mətbuatda dəfələrlə yazılar dərc olunub.

Yazılarda vaxtı keçmiş məhsulların satılmasından tutmuş, kiflənmiş məhsulların alıcılara təqdim edilməsinə, bağlı qablardakı ərzaqların içindən qurd çıxmasına kimi dəhşətli faktlar yer alıb.

Növbəti ağılagəlməz fırıldaq isə “Səbət” marketlər şəbəkəsində qeydə alınıb.

AzNews.az xəbər verir ki, marketdən alınan “Sensodyne” qablaşdırmasının içindən “Colgate” diş pastası çıxıb. Redaksiyamıza müraciət edən istehlakçının sözlərinə görə, marketdən “Sensodyne” diş pastası alıb. Lakin evdə diş pastasının qabını açanda içindən “Colgate” çıxıb.

Məlumat üçün bildirək ki, həmin həcmdə “Sensodyne” 8 manata, “Colgate” isə 2 manata satılır.

“Mən 8 manat verib, “Sensodyne” almışam. Amma baxıram ki, içinə 2 manatlıq diş pastası qoyublar. Bu vaxta kimi bir çox fırıldaq görmüşük. Bir neçə məhsulların içini dəyişirdilər, keyfiyyətsizliyini açıq şəkildə hiss edirdik, lakin aldadıldığımızı sübut edə bilmirdik. Amma bu dəfəki fırıldaq açıq şəkildə edilib”, – deyə aldanan istehlakçı bildirib.


Həmçinin oxuyun

Axtarışda olan 46 nəfər saxlanıldı – RƏSMİ

Daxili İşlər Nazirliyini ötən gün daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik …

Bir cavab yazın